"Bu gün Ağalıya 58 nəfər köçürülür" - Prezidentinin xüsusi nümayəndəsi

   "Bu gün Ağalıya 58 nəfər köçürülür" -    Prezidentinin xüsusi nümayəndəsi
  19 İyul 2022    Oxunub:1120
Bu gün Ağalı kəndinə 58 nəfər köçürülür. Orada əhalinin məşğulluğu ilə bağlı problem yoxdur.

AzVision.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənddə bütün infrastruktur tam hazırdır.

"Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir",- deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.

Vahid Hacıyevin sözlərinə görə, Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib.

"Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək",- deyə Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti