Baş Prokurorluq-dan vəzifəli şəxslərin məktəbli qızı döyməsi iddiası ilə bağlı AÇIQLAMA

   Baş Prokurorluq-dan vəzifəli şəxslərin məktəbli qızı döyməsi iddiası ilə bağlı    AÇIQLAMA
  17 İyul 2022    Oxunub:1714
Baş Prokurorluq Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluqdan AzVision.az - a bildirilib ki, bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.

"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilib.

Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.

AzVision.az


Teqlər:



Xəbər lenti