İstirahət mərkəzlərinin rəhbərləri cərimələndilər
İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsinin tələbini pozduqlarına görə həmin istirahət mərkəzlərinin vəzifəli şəxsləri V.Rüstəmli, K.Camalov və R.Tapdıqov barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Eyni zamanda, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin yaxınlığından keçən Hövsan su kanalına “QAZ-52” markalı nəqliyyat vasitəsindən çirkab sularının boşaldılması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsinin tələbini pozduğuna görə həmin nəqliyyat vasitəsinin sürücüsü N.Xudiyev barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: Çimərlik







Vaxtında, Aydın, Lazımlı!


