Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir
  16 İyul 2022    Oxunub:1560
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti