Sumqayıtda qeyri-adi nikah mərasimi

Sumqayıtda qeyri-adi nikah mərasimi
  26 Aprel 2014    Oxunub:1431
Sumqayıt şəhərində maraqlı nikah mərasimi keçirilib.
Belə ki, yeni ailə quran Elnur Hidatov və Seyidxanım Əlişanova nikahlarını şəhərdəki Heydər Əliyev Mərkəzində bağlamaqla yeni ənənənin əsasını qoyublar. Bəylə gəlin əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstünün önünə gül dəstələri qoyaraq mərhum prezidentin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən nikah mərasimində Sumqayıt Şəhər "ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinin əməkdaşı müvafiq qanunvericiliyin verdiyi səlahiyyətlərdən istifadə edərək Sumqayıt şəhər sakinləri Elnur Hidatov və Seyidxanım Əlişanovanın nikahını qeydə alıb.



Teqlər:





Xəbər lenti