“ASAN Xidmət” mərkəzləri ilə bağlı fərman dəyişdi

   “ASAN Xidmət” mərkəzləri ilə bağlı fərman dəyişdi
  14 İyul 2022    Oxunub:1217
Prezident İlham Əliyev “Bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 17 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən, “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda nəzərdə tutulmuş xidmətlərin kiçik və orta biznes evlərində həyata keçirilməsi xidməti yalnız “ASAN Xidmət” mərkəzlərinə aid edilməyəcək.

Bu istisna həm də “DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi xidmətinə aiddir.

AzVision.az


Teqlər:



Xəbər lenti