İntihar edən rəis müavini tarixçi alimin oğlu imiş - Foto

   İntihar edən rəis müavini tarixçi alimin oğlu imiş -    Foto
  14 İyul 2022    Oxunub:1013
Xəbər verdiyimiz kimi , Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli ötən gün intihar edib.

AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əli Cahangirlinin tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğlu olduğu üzə çıxıb. Bu barədə məlumatı mərhumun qardaşı Araz Cahangirli saytımıza təsdiq edib. O bildirib ki, hazırda ölümün səbəbi araşdırılır.

Qeyd edək ki, Əli Cahangirli 13 iyul 2022-ci ildə Astara rayonu Rüdəkənar kəndində intihar edib. Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti