Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından iki il ötür
AzVision.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən biri Polad Həşimovun adını daşıyır. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.
İlqar Anzor oğlu Mirzəyev 1973-cü ilin mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub. O,Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Polad Həşimov və İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda yanaşı dəfn olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


