Ağır qəza baş verib: Yaralılar var

   Ağır qəza baş verib:    Yaralılar var
  13 İyul 2022    Oxunub:1101
Oğuz rayonunda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə zamanı "Lada-Priora" markalı avtomobilin sürücüsü, rayonun Sincan kənd sakini, 1995-ci il təvəllüdlü Sahil Hafiz oğlu Əzimli, sərnişinləri - Sincan kənd sakini, 1988-ci il təvəllüdlü Bəhruz Bəyaz oğlu Əzimov, Bayan kənd sakinləri - 1990-cı il təvəllüdlü Oruc Rəhman oğlu Bayramov və 1991-ci il təvəllüdlü Nurlan Nazim oğlu İsmayılov xəsarət alıblar.

Onlardan üçü Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir nəfər isə xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.(report)


Teqlər:



Xəbər lenti