“Azərsu”nun zərəri 8 milyarda yaxınlaşıb
Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 % azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 % artaraq 443,186 milyon manata çatıb.
Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.(Report)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


