Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  26 Aprel 2014    Oxunub:1199
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 27-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək


Teqlər:  





Xəbər lenti