"Adımdan yalan yayanlar ata-anasını tanımayanlardır" - Deputat

   "Adımdan yalan yayanlar  ata-anasını tanımayanlardır" -    Deputat
  13 İyul 2022    Oxunub:718
Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkədə onun adından yalan məlumat yayanlar olduğunu qeyd edərək, hiddətli açıqlama ilə çıxış edib.
AzVision.az xəbər verir ki, R.Nurullayev deyib:

“Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa olsun, ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.

R.Nurullayev yalan məlumatın nələrdən ibarət olduğuna aydınlıq gətirməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti