Bayramda təcili yardıma 2 mindən çox müraciət edildi

 Bayramda təcili yardıma 2 mindən çox müraciət edildi
  13 İyul 2022    Oxunub:1519
Bayram günləri Bakı təcili yardımına gün ərzində 2000-2200 arası çağırış daxil olub. Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlər fərqli səbəblərdən olub:
"Əsasən təzyiq, ürək xəstəlikləri, halının pis və digər səbəblərlə müraciətlər daxil olub. Bayram günlərində təcili yardımın 130-a yaxın briqadası xidmət göstərilib. Ən çox müraciət 10.07.22 tarixdə olub. Belə ki, həmin gün 2200 -ə yaxın çağırış icra edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti