Lökbatanda bir nəfər dənizdə batıb

Lökbatanda bir nəfər dənizdə batıb
  11 İyul 2022    Oxunub:1556
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: Lökbatan  



Xəbər lenti