Yasamalda 442 mənzilin satışı yenidən olacaq

   Yasamalda 442 mənzilin satışı yenidən olacaq
  08 İyul 2022    Oxunub:1081
Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək. AzVision.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, məqsəd Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etməkdir.

Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti