30 bağça müdiri işdən çıxarıldı

   30 bağça müdiri işdən çıxarıldı
  07 İyul 2022    Oxunub:1388
Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

AzVision.az


Teqlər: Bağça  



Xəbər lenti