Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb.
Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildirib.
Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


