Ukrayna ordusunda döyüşən braziliyalı model öldürüldü - FOTOLAR

   Ukrayna ordusunda döyüşən braziliyalı model öldürüldü -    FOTOLAR
  06 İyul 2022    Oxunub:1687
Ukrayna ordusuna snayper kimi qoşulan braziliyalı model Thalita do Valle Rusiyanın raket hücumu nəticəsində ölüb. O, hərbi sığınacaqda həyatını itirib.
Model daha əvvəl İraqda terror təşkilatı DEAŞ-a qarşı döyüşüb. 39 yaşlı Thalita müharibə başlayandan bəri Ukrayna ordusunda snayper kimi xidmət edib. The Sun qəzeti yazır ki, o, raket hücumu zamanı bunkerdə qalan yeganə əsgər olub.

Hüquq təhsili aldıqdan sonra model və aktrisa kimi karyerasını inkişaf etdirən Valle döyüş meydanındakı təcrübələrini YouTube-da paylaşıb. Yayımladığı videolarda onun DAİŞ-ə qarşı döyüşərkən snayper təlimi aldığı görünür.

The Sun-a danışan qardaşı Teo Rodriqo Viera Valleni həyat qurtaran qəhrəman kimi təsvir edib. Viera bildirib ki, snayper kimi xidmət edən bacısı Ukraynaya cəmi üç həftə əvvəl gedib.

Valleyə irəliləyən rus qoşunlarından müdafiəni təmin etmək tapşırılıbmış.













Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti