Bаyrаm namazının vaxtı açıqlandı

   Bаyrаm namazının vaxtı açıqlandı
  06 İyul 2022    Oxunub:1533
Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən AzVision.az -a verilən məlumata görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.
Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti