Azərbaycanda 3 gün yağış yağacaq

Azərbaycanda 3 gün yağış yağacaq
  25 Aprel 2014    Oxunub:1192
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də arabir şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərvbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti