Putinin məhv etmək istədikləri
Bir sıra mütəxəssislərin fikrincə bundan sonra Rusiya yalnız dövlət konsernlərinə yardım edəcək. Araşdırmaçıların təhlillərinə görə Vladimir Putinin hazırki ciddi rejimi laqeydliyik göstərsə də, oliqarxların sənaye aktivlərinin xaricdə qeydiyyatda olmasına görə məsuliyyət daşıyır. Məsələ burasındadır ki, yüksək çinli məmurlar oliqarxlarla əlbir olub xəzinəyə düşəcək paylarını gizlədə bilərlər. Bu baxımdan demək olar ki, Kipr bankları məsələsinin həllində əsas problem də elə rəsmi Rusiyanın öz məmurlarının sayının düzgün qiymətləndirməməsi ilə bağlı olub.
Ştayner qeyd edir ki, Vladimir Putin hələ bir neçə il əvvəl də “oliqarxları bir zümrə kimi məhv etmək istəyirdi”; o bunu etmədi, lakin bir vaxtlar ən varlı rusiyalı hesab edilən Mixail Xodorkovskinin həbsi ilə “onların siyasi gücünü əlindən alındı, “oliqarx” anlayışı artıq keçmişdə qaldı”. “ Putinə sataşmaqdan çəkinənlər isə aktivlərini qoruyub saxlamaq imkanı qazandı”, onlarla hərbiçi və xüsusi xidmət orqanlarının mütəxəssislərindən ibarət Putinçilər dəstəsi isə bütünlükdə iqtisadiyyat sahəsinə nəzarət hüququ qazandılar və neft-qaz biznesində xüsusi təsir gücünə malik oldular. Onların göstərdiyi xidmətlərin bəhrəsini isə yenə dövlət də görür” .
Bununla yanaşı, Ştayner qeyd edir ki, “köhnə oliqarxlar” öz siyasi təsir güclərini itiriblər, lakin biznesdən kənarlaşmadan maqnat olaraq qalıblar. Bəzi ekspertlərin fikrincə isə iri sahibkarlar müəyyən siyasi məsələlərdə təsir gücünə qoruyub saxlaya bilib, hətta Dumanın deputatı kimi dövlətin adından çıxış edərək öz holdinqlərinin maraqlarını həyata keçirirlər.
Ştaynerin sözlərinə görə, “Putin və maqnatlar arasında qəribə simbiyoz” iqtisadi böhran çərçivəsində meydana çıxdı. Maqnatlar onların kifayət qədər borcu olan şirkətlərinin xarici kreditorlarının əlinə keçə biləcəyi və işçilərin etiraz aksiyaları keçirəcəyi ilə bağlı hökumətə xəbərdarlıq ünvanladılar. Buna görə də Putin “onlara milyardlarla dolar yardım etdi, həm də ona görə belə etdi ki, onun böyük sənaye konqlomeratlarını idarə edə biləcək başqa adamları yox idi”. Hətta böhran belə kapitalın yenidən paylanmasına və ölkənin monopoliyanın və oliqarxların nəzarətindən çıxarılmasına səbəb ola bilmədi.
AzVision.az