Atı tüfənglə öldürən şəxs saxlanıldı

Atı tüfənglə öldürən şəxs saxlanıldı
  05 İyul 2022    Oxunub:1318
Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini Emin Əliyev müəyyən edilərək saxlanılıb.

Ondan “Churchil” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti