Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım göndərilir
Polşanın Varşava hava limanına təyyarə ilə çatdırılacaq humanitar yük bugün saat 10:00-da Ukraynanın ölkəmizdəki səfirinin və Sumqayıt ŞİH nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınacaq.
Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sumqayıt ŞİH-in Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi ilə bağlı xəbərlər paylaşılmışdı.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


