Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bundan əlavə, Britaniya hakimiyyət orqanları Belarusdan dəmir və polad idxalını qadağan edəcəklərini, həmçinin Belarus şirkətlərinə Londonda borc və qiymətli kağızlar buraxmağı qadağan etməklə Belarusun “dünya səviyyəli Britaniya maliyyə xidmətlərinə” çıxışını məhdudlaşdıracaqlarını açıqlayıblar.
Bildirlib ki, Böyük Britaniyanın bu addımına səbəb prezident Aleksandr Lukaşenkonun başçılıq etdiyi Belarus hakimiyyətinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatına fəal dəstək göstərməsidir. Qeyd edək ki, sanksiyalar iyulun 5-dən qüvvəyə minəcək.
AzVision.az