Mədəniyyət Nazirliyi 11 müəssisə ilə bağlı Baş Prokurorluğa müraciət edib
Son bir il ərzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən hüquq mühafizə orqanlarına 11 müraciət göndərilib, 8 işçinin m dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilib, tabe müəssisələrinin 17 işçisi işdən azad edilib, 2 nəfərə sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilib, 18 nəfərə “Töhmət” intizam tənbehi verilib, 10 işçiyə “Xəbərdarlıq” elan edilib.
6 təhsil müəssisəsinin, 3 Regional Mədəniyyət İdarəsinin, 1 Mədəniyyət Mərkəzinin, 1 Konsert müəssisəsinin fəaliyyəti ilə bağlı cinayət əlamətləri olan məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
2 Regional Mədəniyyət İdarəsinin rəisinin, 3 baş məsləhətçisinin, 1 baş mühasibinin, 1 məsləhətçisinin, 1 mühasibinin dövlət qulluğuna və əmək fəaliyyətinə xitam verilib.
2 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin direktoru, 2 Mədəniyyət Mərkəzinin direktoru, 1 dövlət teatrının direktoru və baş rejissoru, 1 Tarix-Diyarşünaslıq muzeyinin direktoru və həmin muzeyin filialının müdiri, 1 Konsert müəssisəsinin baş mühasibi, 1 Rəsm Qalereyasının direktor müavini, Təhsil müəssisəsinin 7 əməkdaşı işdən azad edilib.
1 Tarix-Diyarşünaslıq Muzeyinin direktoruna, 1 dövlət teatrının baş mühasibinə sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” intizam tənbehi verilib.
1 Regional Mədəniyyət İdarəsinin rəisinə və baş məsləhətçisinə, 4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müdirlərinə, 1 Dövlət Dram Teatrının direktoruna, 4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna, 1 Rəsm Qalereyasının direktoruna,1 Konsert müəssisəsinin direktoruna, 1 Heydər Əliyev Mərkəzinin direktoruna və təsərrüfat müdirinə, 2 Mədəniyyət Mərkəzinin direktoruna, Təhsil müəssisəsinin 1 əməkdaşına “Töhmət” intizam tənbehi verilib.
1 Regional Mədəniyyət İdarəsinin mühasibinə, 1 Mədəniyyət Sarayının direktoruna, 1 Heydər Əliyev Mərkəzinin bədii rəhbər-rejissoruna və həmin mərkəzin müşayiətçisinə, 4 Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbinin direktoruna,1 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoruna, 1 Təhsil müəssisəsinin əməkdaşına “Xəbərdarlıq” elan edilib.
AzVision.az
Teqlər: