Avstraliya COVID məhdudiyyətlərin ləğv edir

Avstraliya COVID məhdudiyyətlərin ləğv edir
  04 İyul 2022    Oxunub:802
Avstraliya 6 iyul tarixindən etibarən ölkəyə gələn xarici turistlər üçün bütün COVID məhdudiyyətlərini ləğv edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “The Independent” yazır.

Məlumata əsasən, Avstraliyaya səyahət edən hər kəs artıq COVID statusunu təsdiqləyən Rəqəmsal Sərnişin Bəyannaməsini doldurmalı olmayacaq.

Beləliklə, Avstraliya hakimiyyəti ölkənin hava limanlarında növbələri azaltmağa, eləcə də daha çox xarici ixtisaslı işçi və turist cəlb etməyə ümid edir.

Bununla belə, Avstraliyaya uçan təyyarələrdə maska ​​taxmaq hələ də məcburi olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti