Türkiyə XİN: "Zəngəzur dəhlizi reallaşmalıdır"

      Türkiyə XİN:    "Zəngəzur dəhlizi reallaşmalıdır"
  04 İyul 2022    Oxunub:817
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyirik.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılığa əsasən, reallaşdırılmalı olan Zəngəzur dəhlizi və digər infrasturktur layihələri həyata keçməlidir.

"Çünki Ukrayna müharibəsindən sonra Orta Dəhliz strateji önəm qazanıb. Ermənistan diasporu bölünmüş haldadır. Onların bir qismi heç bir şəkildə normallaşmaya dəstək vermək istəmir, digər bir qismi isə dəstəkləyir. Ermənistanın içindəki bəzi qüvvələr baş nazirin evinə basqın edir, ciddi təzyiq göstərirlər. Bu da Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma prosesində cəsur bir addım atmasına maneə yaradır", - deyə M.Çavuşoğlu qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti