ANAMA-dan
AzVision.az -a verilən məlumata görə, iyun ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 723.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
AzVision.az