Qayınata və qayınanasını öldürməyə cəhd edən şəxsə 20 il iş istənildi

   Qayınata və qayınanasını öldürməyə cəhd edən şəxsə 20 il iş istənildi
  04 İyul 2022    Oxunub:1066
Prokuror Bakıda qayınatası və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Tağıyevə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
AzVision.az xəbər verir ki, bu barəd qərar Bakı ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçiurilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Nəsimi rayonu ərazisində qeydə alınıb.

R.Tağıyev arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırıb, nəticədə sonuncu və arvadı Tahirə Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

R.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti