"Qoşunlarımız Lisiçanskı itkisiz tərk etdi" - Qayday

   "Qoşunlarımız Lisiçanskı itkisiz tərk etdi" -    Qayday
  04 İyul 2022    Oxunub:884
Ukrayna hərbçiləri Luqansk vilayətindəki Lisiçansk şəhərini itkisiz tərk ediblər. AzVision.az xəbər verir ki, bunu Luqansk vilayəti administrasiyasının rəhbəri Sergey Qayday BBC-yə müsahibəsində deyib.
Alman haubitsaları Ukraynaya çatdırıldı – FOTOLAR
- Hərbçilərimiz şəhəri uzun müddət əllərində saxlaya bilərdilər. Lakin indi Rusiyanın artilleriya və sursat baxımından böyük üstünlüyü var. Onlar sadəcə olaraq şəhəri uzaqdan məhv edərdilər. Ona görə də burada qalmağın mənası yox idi. Bizi mühasirəyə alacaqdılar və şəhər top atəşinə tutularkən orada oturmalı olacaqdıq. Biz qərara gəldik ki, daha da qərbə doğru, hazır möhkəmləndirilmiş mövqelərə çəkilib ruslara qarşı mübarizəni davam etdirək. Nəticədə hər kəs itkisiz çıxıb, - Qayday vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti