Papa istefa xəbərinə reaksiya verdi

Papa istefa xəbərinə reaksiya verdi
  04 İyul 2022    Oxunub:786
Roma Papası Fransisk yaxın gələcəkdə taxt-tacdan imtina edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Papa Fransisk həmçinin bir il əvvəl divertikulit səbəbiylə yoğun bağırsağın bir hissəsinin çıxarılması əməliyyatı zamanı ona xərçəng diaqnozu qoyulması ilə bağlı yayılan şayiələri də təkzib edib.

Qeyd edək ki, mediada belə məlumatlar yayılmışdı ki, avqustda planlaşdırılan tədbirlər, o cümlədən yeni apostol konstitusiyasını müzakirə etmək üçün kardinallarla görüşlər, yeni kardinalların andiçmə mərasimi və İtaliyanın Akvila şəhərinə səfər istefanın xəbərçisi ola bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Papa  





Xəbər lenti