Kuleba Belarusun hansı şəraitdə müharibəyə qoşulacağını açıqladı

   Kuleba Belarusun hansı şəraitdə müharibəyə qoşulacağını açıqladı
  04 İyul 2022    Oxunub:692
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Belarusun Rusiya tərəfindən müharibədə birbaşa iştirak riskini dəyərləndirib. AzVision.az xəbər verir ki, o, yerli mediaya verdiyi müsahibədə Minsklə Kiyev arasında olan diplomatik əlaqələri də şərh edib.
Ukrayna müharibəsi nə vaxt bitəcək? - Kəşfiyyat rəhbərinin proqnozu
- Birincisi, Rusiya artıq Belarus ərazisindən istifadə edir. Söhbət Belarus ordusundan gedirsə, mən hesab edirəm ki, bu risk Rusiya ordusunun Ukrayna ərazisində mümkün uğurları ilə mütənasib olaraq artacaq. Nə qədər ki, Belarus Ukrayna ordusunun uğurlarını görür, onlar hər cür hərəkətlərini təxirə salacaqlar, - nazir deyib.

Belarusla hazırkı diplomatik əlaqəni şərh edən XİN rəhbəri bildirib ki, “bu əlaqələr olduqca məhdud səviyyədədir”. O, "Belarusda səfirimiz, səfirliyimiz var. Onların da Kiyevdə səfirliyi var. Bunlar yeganə rabitə kanallarıdır. Yəni hər şey çox quru-rəsmidir" deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Belarus  





Xəbər lenti