Ukrayna müharibəsi nə vaxt bitəcək? - Kəşfiyyat rəhbərinin proqnozu |
Nəşr yazır ki, adının çəkilməsin istəməyən ukraynalı hərbi kəşfiyyatçı onlara maraqlı fakt açıqlayıb. O qeyd edib ki, artıq Silahlı Qüvvələrin qabaqcıl bölmələrinin snayperləri Xerson ətrafında elə mövqeləniblər ki, onların "əli hər yerə çatır".
“Növbəti həftə, yaxud da iki həftə sonra proseslər daha maraqlı olacaq", - kəşfiyyatçı deyib.
Məqalədə o da yazılıb ki, baş verən hadisələr bütün cəbhələrdə tam əks-hücum kimi görünmür.
“Açıq Xerson ovalığı o deməkdir ki, Ukraynanın oradakı istənilən hücumu zamanı Rusiya artilleriyasının tam gücü hiss olunacaq”, - The Economist yazıb.
Tural Tağıyev
AzVision.az