Özbəkistanda iğtişaşlar: 18 ölü, 243 yaralı

   Özbəkistanda iğtişaşlar:    18 ölü, 243 yaralı
  04 İyul 2022    Oxunub:716
Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasında baş vermiş kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub.
Bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb. Aksiyalar nəticəsində 243 nəfər yaralanıb, onlardan 38 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Qeyd edək ki, iyulun 1-dən etibarən Qaraqalpaqda kütləvi etirazlar keçirilir. Buna səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.

AzVision.az


Teqlər:





Xəbər lenti