Sumı vilayətinə fosfor bombaları atılıb

   Sumı vilayətinə fosfor bombaları atılıb
  04 İyul 2022    Oxunub:945
Bazar günü ruslar Sumı bölgəsinə iki yüzdən çox mərmi atıblar. Onlar yenidən qadağan olunmuş fosfor və kaset bombalarından istifadə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Sumı hərbi adminstrasiyasının sədri Dmitri Jivitski Teleqramda məlumat yayıb.

- Bazar günü ruslar 230-dan çox müxtəlif çaplı mina və mərmi atıblar. Bu hücumlardan beş icma zərər çəkib ki, bunlar da Znob-Novqorodskaya, Novoslobodskaya, Velikopisarevskaya, Belopolskaya, Xotinskayadır, - Jivitski deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti