Ermənilər Avropa İttifaqına etiraz etdilər - VİDEO

   Ermənilər Avropa İttifaqına etiraz etdilər -       VİDEO
  04 İyul 2022    Oxunub:1179
Ermənistan müxalifətinin "Müqavimət" hərəkatının tərəfdarları Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin fəaliyyətini tənqid ediblər. AzVision.az xəbər verir ki, müxalifət nümayəndələri Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin Paşinyan hakimiyyətinin antidemokratik hərəkətlərini ört-basdır etdiyini bəyan ediblər.
"Müxalifət funksionerləri bazar ertəsi Aİ-nin Ermənistandakı ofisi yaxınlığında keçirilən etiraz aksiyası zamanı qurumun fəaliyyətini sərt şəkildə tənqid ediblər. Nümayişçilər İrəvandakı etirazlar zamanı həbs olunan fəalların fotoşəkilləri, həmçinin Viktorinin Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Qaqik Cahangiryanla birgə olan fotosunun əks olunduğu plakatla Avropa İttifaqının ofis binasına gəliblər.
İnanlar “Ayıb olsun!” şüarları səsləndiriblər", - saytlar yazıb.

- Aİ Ermənistandakı bütün qanunsuz hərəkətlərə və siyasi təqiblərə göz yumur, Viktorinin susması sayəsində bu bina biabırçılıqların tüğyan etdiyi məkanaə çevrilib. Nümayəndə heyətinin rəhbərliyi təcili dəyişdirilməlidir ki, struktura münasibət də dəyişikliklər olsun, - erməni deputat Qeqam Manukyan aksiya zamanı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti