"ABŞ və Rusiya Türkiyəyə verdiyi sözü tutmadı" - Çavuşoğlu

   "ABŞ və Rusiya Türkiyəyə verdiyi sözü tutmadı" -     Çavuşoğlu
  04 İyul 2022    Oxunub:984
"Türkiyə Rusiyanın Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı əməliyyatına müdaxilə edəcəyinə inanmır, lakin bu məsələdə fikir ayrılıqları var". AzVision.az xəbər verir ki, bunu NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Xeyr, Rusiyanın müdaxilə edəcəyini düşünmürəm. Rusiya ilə bir çox məsələlərdə fikir ayrılığımız var, o cümlədən Ukraynadakı hərəkətlər, Krımın tanınmaması və s. Amma bizim iqtisadi və siyasi əlaqələrimiz var", - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi Rusiyadan heç bir kəskin reaksiya və etiraz almayıb.

“ABŞ və Rusiya Suriyadakı terrorçularla bağlı Türkiyəyə verdikləri sözü tutmadı, ona görə də məsələni özümüz həll etməli olacağıq.

Digər tərəfdən, ABŞ və Rusiyanın Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyatla bağlı danışmağa haqqı yoxdur, sözlərinin üstündə durmadılar”, - Çavuşoğlu bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Ankaranın Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu, hər an başlaya biləcəyini bildirmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti