ABŞ şirkəti Rusiyaya suçiçəyi vaksini göndərməyəcək

   ABŞ şirkəti Rusiyaya suçiçəyi vaksini göndərməyəcək
  04 İyul 2022    Oxunub:998
ABŞ-ın MSD əczaçılıq şirkəti tərəfindən Rusiyaya suçiçəyi, məxmərək, qızılca və qulaqdibi (parotit) əleyhinə vaksinlərin tədarükü dayandırılır.
Şirkət həmçinin digər istehsalçılardan vaksinlər tədarük etməyəcək, lakin analoqu olmayan dərmanlarının satışını saxlayacaq. Perm İmmunologiya və Peyvənd Mərkəzi tədarükün dayandırılması barədə bildiriş alıb.

Eyni zamanda, MSD-dən bildirilib ki, Rusiyada analoqu olmadığı təqdirdə həyati vacib dərmanların və peyvəndlərin tədarükünü təmin etmək üçün hər cür səy göstərirlər.

AzVision.az



Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti