Qaraqalpaqıstanda iğtişaşlar zamanı 240-dan çox insan yaralanıb

   Qaraqalpaqıstanda iğtişaşlar zamanı 240-dan çox insan yaralanıb
  04 İyul 2022    Oxunub:836
İyulun 1-2-də Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukusda iğtişaşlar zamanı 243 nəfər xəsarət alıb, onlardan 94-ü xəstəxanalardadır. AzVision.az xəbər verir ki, bu barədə bazar ertəsi Özbəkistan Milli Qvardiyasının mətbuat katibi Davron Cumaniyazov məlumat verib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlər arasında ağır yaralılar, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları var.

İyulun 1-də Nukusda Özbəkistan konstitusiyasına dəyişikliklərlə bağlı nümayiş keçirilib. Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaraqalpaqıstanda ictimai asayiş bərpa edilib.

Yerli hökumət orqanlarının məlumatına görə, bölgədə hakimiyyətini ələ keçirməyə cəhd edən iğtişaşların bir qrup təşkilatçısı saxlanılıb.

Daha sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət, habelə göstərilən müddətə komendant saatı tətbiq edib.

Dövlət başçısı qeyd edib ki, iğtişaşlar nəticəsində dinc əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölənlər var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti