Xarkovda məktəbə raket düşüb- FOTOLAR

Xarkovda məktəbə raket düşüb-    FOTOLAR
  04 İyul 2022    Oxunub:887
Bu gün səhər saatlarında ruslar Xarkovdakı məktəbə raket zərbəsi endiriblər. AzVision.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov Telegram-da məlumat yayıb.
Donetskdə 9 nəfər öldürülüb, 2-si uşaqdır
O qeyd edib ki, səhər saat 4-də Xarkovun Şevçenkovski rayonuna məkrli şəkildə raket zərbəsi endirilib.

- Hərbi terrorçular orta məktəbi hədəf seçiblər. Hazırda xilasedicilər dağıntıları təmizləyirlər. İlkin məlumatlara görə məktəbdə heç kim olmayıb, - Sinequbov deyib.

O həmçinin qeyd edib ki, rusiyalı hərbçilər 24 saat ərzində Xarkov, İzyum və Boqoduxovski rayonlarının şəhər və kəndlərinə zərbələr endirir. Atışma nəticəsində yaşayış binaları, kommunal binalar, qarajlar və digər tikililər dağılıb.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Məktəb  





Xəbər lenti