Şri-Lankada enerji böhranı: əhaliyə benzin satılmır

       Şri-Lankada enerji böhranı:    əhaliyə benzin satılmır
  04 İyul 2022    Oxunub:775
Şri-Lankada benzin böhranı yaşanır.
AzVision.az xəbər verir ki, Şri-Lankanın energetika naziri Kançana Vijesekera ölkənin yanacaq ehtiyatlarının tükənməsi, son 70 ildə ən pis iqtisadi böhranla üz-üzə qalmaları ilə bağlı xəbərdarlıq edib. Nazir çıxışında xalqın gündəlik tələbatı normasından az mqidarda benzin ehtiyatı qaldığını və növbəti benzin tədarükünün yaxın 2 həftə ərzində gözlənilmədiyini qeyd edib.

Ölkə keçən həftə yanacaq, ərzaq və dərmanların idxalı xərclərini ödəyə bilmədiyindən avtomobillərə benzin və dizel satışını dayandırıb. Vijereska həmçinin ölkə ehtiyatlarında 12.774 ton dizel və 4.061 ton benzin qaldığını və növbəti benzin daşınmasının 22-23 iyul aralığında olacağını qeyd edib. Vijesekera dizel və xam neftin ödənişi üçün nəzərdə tutulan vəsaitin də kifayət etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Şri-Lankanın Mərkəzi Bankı yanacaq alışı üçün yalnız 125 milyon dollar təmin edə bilər ki, bu da planlaşdırılmış daşınmalar üçün lazım olan 587 milyon dollardan çox azdır. Ölkə bu ilin əvvəlində etdiyi alışlara görə yeddi təchizatçıya 800 milyon dollar borcludur.

Mütəxəssislər hesab edirlər ki,1970-ci illərdə ABŞ və Avropada yanacağın normalaşdırıldığı neft böhranından sonra Şri-Lanka sadə vətəndaşlara benzin satışını qadağan edən ilk ölkədir.

22 milyon əhalisi olan ada ölkəsi 1948-ci ildə Böyük Britaniyadan müstəqillik qazandıqdan sonra əsas malların idxalını ödəmək üçün kifayət qədər xarici valyutası olmadığına görə ən ağır iqtisadi böhranla üzləşib. Dolanışığın avtomobil nəqliyyatı ilə təmin edildiyi ölkədə yanacağın, qidanın və dərmanların kəskin çatışmazlığı yaşayış xərclərini rekord həddə çatdırıb.

Nağd pul çatışmazlığından, ucuz neft tədarükünü təmin etmək üçün əsas enerji istehsalçıları Rusiya və Qətərə də rəsmilər göndərib.

AzVision.az



Teqlər:





Xəbər lenti