Aİ Ukraynaya yarım trilyon avrodan çox yardım ayıra bilər - KİV

 Aİ Ukraynaya  yarım trilyon avrodan çox yardım ayıra bilər -    KİV
  03 İyul 2022    Oxunub:474
Avropa İttifaqının Ukraynanın bərpası üçün yardımı 500 milyard avronu keçə bilər. Bu barədə AzVision.az Bloomberg-ə istinadən xəbər verir. Agentliyin məlumatına görə, Ukrayna iyulun 4-5-də İsveçrənin Luqano şəhərində keçiriləcək milli yenidənqurma forumunda bərpa planını təqdim edəcək.
2000 səhifəlik sənəddə infrastruktur, təhlükəsizlik, iqlim və rəqəmsal investisiya layihələrinin geniş spektri, eləcə də enerji şaxələndirilməsi təsvir olunur. "Avropa İttifaqı rəsmiləri bildiriblər ki, ötən ay Ukraynanı rəsmi olaraq namizəd kimi tanıyan 27 üzvlü blok 500 milyard avronu keçə biləcək ümumi yardımın əsas hissəsini təmin edəcək",-Bloomberg yazır.

Mənbənin sözlərinə görə, Ukrayna hökuməti layihəni donorlarla, o cümlədən Aİ ilə müzakirə edib və onlar yaxın aylarda öz rəylərini verəcəklər.

Avropa İttifaqının dövlət və hökumət başçıları iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Üzvlük danışıqlarına başlamaq üçün ölkələr islahatlar da daxil olmaqla bir sıra şərtləri yerinə yetirməlidirlər.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti