Xəzərdə dalğanın hündürlüyü 3 metr olub - FAKTİKİ HAVA
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Mingəçevirdə 21 m/s, Ceyrançöl, Neftçalada 20 m/s, Şirvanda 17 m/s, Culfada 18 m/s, Naxçıvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 21 m/s, Binə 19 m/s, Ələtdə 18 m/s, Neft Daşları, Çilov adasında 17 m/s, Sumqayıtda 16 m/s, Pirallahıda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin iyulun 03-ü gündüz saatlarınadək davam edəcəyi, 04-dən mülayim cənub küləyi əsəcəyi gözlənilir. Fasilələrlə yağıntılı hava şəraiti isə 05-dək əsasən şimal və qərb rayonlarında davam edəcək.
Birinci ongünlüyün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37°, Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27° isti olacaq.
AzVision.az
Teqlər: