II Yelizaveta - Bondun ən məşhur sevgilisi

II Yelizaveta - Bondun ən məşhur sevgilisi
  05 Aprel 2013    Oxunub:1711
Böyük Britaniya kraliçası II Yelizaveta Britaniya kino və televiziya sənəti akademiyasının laureatı olub. Mükafat kraliçaya “Tele və kino sahələrinə dəstəyə” görə Vindzor qəsrində təqdim olunub.
Akademiyanın sədri kraliçanı mükafatlandırarkən onu “Bondun ən yaddaqalan sevgilisi” adlandırıb.

Söhbət London olimpiadasının açılışında nümayiş etdirilən qısametrajlı filmdən gedir. Süjetə görə Ceyms Bond Bukinhem sarayına kraliçanın yanına gəlir. Ondan sonra kraliça və agent “007” vertolyotda Olimpiya stadionuna yollanırlar və paraşütlə arenaya düşürlər. Sonra isə kraliça fəxri kürsüdə peyda olur.

Akademiyanın sədri qeyd edib ki, kraliça artıq illərdir kino, teatr, pyeslərin, teleproqramların istehsalına böyük dəstək göstərib.

Britaniya kino və televiziya sənəti akademiyası 16 aprel 1947-ci ildə “Britaniya kino akademiyası” adı altında yaradılıb.İlk mükafatı 1948-ci ildə təqdim olunub.




Teqlər:  





Xəbər lenti