Gürcüstanda zəlzələ olub

   Gürcüstanda zəlzələ olub
  03 İyul 2022    Oxunub:1245
Bu gün səhər saatlarında Gürcüstanda ard-arda iki zəlzələ qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, ilk zəlzələ saat 05:23-də Rusiya-Gürcüstan sərhəddi yaxınlığında 4.2 bal gücündə hiss olunub. Digər zəlzələ isə saat 05:38-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3.4 maqnitudada qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti