Rusiya Ukraynaya 3000-ə yaxın raket atıb - Zelenski

   Rusiya Ukraynaya 3000-ə yaxın raket atıb -    Zelenski
  01 İyul 2022    Oxunub:2466
"Rusiya artıq Ukraynaya 3 minə yaxın raket atıb".
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Norveçin baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Ümumiyyətlə, bilirsiniz ki, Rusiya dinc Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında artıq 3000-ə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu göstərir.

İlk növbədə, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti belə şər mövcud olduqca tək qalmamalıdır”, - deyə Zelenski bildirib.

Dövlət başçısı onu da xatırladıb ki, bu gün, iyulun 1-də Rusiya ordusu Odessa vilayətinin Sergeevka kəndindəki adi yaşayış binasına növbəti dəfə amansız raket zərbəsi endirib.

O əlavə edib ki, 2-si uşaq olmaqla 19 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlumdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti