Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı QAYDASI

   Heydər Əliyev adına Hərbi Liseyə rəis təyinatı    QAYDASI
  01 İyul 2022    Oxunub:2150
Heydər Əliyev adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi olacaq.
AzVision.az xəbər verir ki, “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”ndə müvafiq dəyişiklikləri Nazirlər Kabineti təsdiq edib.

Lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.

Liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti