Bu liseylər Milli Müdafiə Universitetinin tabeliyinə verildi

   Bu liseylər Milli Müdafiə Universitetinin tabeliyinə verildi
  01 İyul 2022    Oxunub:2308
Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli, “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 4 avqust tarixli 274 nömrəli və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” qərar verib.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Müdafiə Nazirliyinin strukturunda xüsusi təyinatlı təhsil müəssisəsi olan Milli Müdafiə Universiteti, bu Universitetin tabeliyində isə Hərbi Elmi Tədqiqat, Hərbi İdarəetmə və Heydər Əliyev adına Hərbi institutlar yaradılıb.

Adı çəkilən fərmanla nazirliyin strukturuna daxil olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey sözügedən Universitetin tabeliyinə verilib. Universitetin tabeliyində yaradılmış müvafiq institutlar Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitut isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əsasında yaradılıb.

Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.

AzVision.az


Teqlər:





Xəbər lenti