Ərdoğan: "İsveç və Finlandiyanın NATO-ya qəbulu vaxt aparacaq"

      Ərdoğan:    "İsveç və Finlandiyanın NATO-ya qəbulu vaxt aparacaq"
  01 İyul 2022    Oxunub:2424
"İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün müraciətin alınması hələlik onların alyansa qəbul olunması demək deyil. Bu proses vaxt aparacaq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. "Biz prosesi izləyəcəyik, nə edəcəklər, hansı yolu seçəcəklər. Parlament memorandumu təsdiq etməli olacaq, onun təsdiqi olmadan qərar qüvvəyə minməyəcək".

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilməsinə razılıq verib. Məlumata görə, sözügedən razılıq Türkiyənin tələblərinin qəbul edilməsi fonunda əldə edilib. Belə ki, hər iki ölkə PKK və onun qollarına qarşı mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu istiqamətdə Terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi üçün strukturlaşdırılmış əməkdaşlıq mexanizmi yaradılacaq.

Həmçinin müdafiə sənayesi məhsullarının tədarükünə qoyulan embarqo aradan qaldırılacaq, bu istiqamətdə əməkdaşlıq genişləndiriləcək. Eləcə də Finlandiya və İsveçin Avropa İttifaqının təhlükəsizlik mexanizmlərində mümkün qədər geniş iştirakına dəstək veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti