Ərdoğan Miçotakislə görüşdən imtina edib

   Ərdoğan Miçotakislə görüşdən imtina edib
  01 İyul 2022    Oxunub:1561
Madriddə NATO sammiti çərçivəsində müttəfiq ölkələrin liderləri Türkiyə Prezidentinə Yunanıstana münasibətdə vasitəçi olmaq, iki liderin görüşünü ilin sonunadək təşkil etməyi təklif ediblər.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra ölkə mediasına açıqlamasında deyib. Türkiyə lideri həmkarlarının təklifinə belə cavab verib: “Bağışlayın, bizim hazırda bu görüş üçün ayıracaq vaxtımız yoxdur”. Ərdoğan Yunanıstan liderinə artıq Türkiyədəki prosesləri izləməyi məsləhət görüb.

AzVision.az


Teqlər: Türkiyə   Yunanıstan  





Xəbər lenti